AZ

Azərbaycan çempionatında baş məşqçi ayrılığı

Azərbaycan 1-ci Liqasında çıxış edən MOİK-də baş məşqçi ayrılıq yaşanıb.

News24.az xəbər verir ki, Qəzənfər Abbasov komandadan ayrılıb.

O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib: "Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".

Qeyd edək ki, o, 2022-ci ildən MOİK-in baş məşqçisi idi. Komanda hazırda 22 xalla 6-cı pillədə qərarlaşıb./qol.az


Seçilən
2
1
news24.az

2Mənbələr