AZ

Tramp və Zelenski arasında telefon danışığı olub

Tramp və Zelenski arasında telefon danışığı başa çatıb. 

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı başa çatıb. 

Operativ Media xəbər verir ki, bu barədə Amerika lideri “Truth” sosial şəbəkəsində məlumat verib.

“İndicə Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığı oldu. Təxminən bir saat davam etdi. Söhbətin böyük hissəsi dünən Rusiya Prezidenti Vladimir Putinlə Rusiya və Ukraynanın istək və ehtiyaclarını əlaqələndirmək üçün edilən zəng üzərində quruldu”, - Tramp bildirib.
Amerika liderinin sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Uoltsdan müzakirə olunan məsələlərin dəqiq təsvirini verməsini istəyib. “Müvafiq bəyanat yaxın vaxtlarda dərc olunacaq”, - o vurğulayıb.

Seçilən
33
2
operativmedia.az

6Mənbələr