AZ

Şeyx iftar mərasimi təşkil etdi


Martın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.

News24.az xəbər verir ki, əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Ənənəvi iftar mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının fəzilətlərindən danışaraq, Azərbaycanda olan dini toleranlığa diqqət çəkib, Azərbaycanda dini icmalara dövlət qayğısını, Prezident İlham Əliyevin himayəsini və qayğısını yüksək qiymətləndirib.

Şeyxülislam qeyd edib ki, Azərbaycandakı tolerantlıq modeli bütün dünyaya nümunədir və belə xoş, mehriban mühit demək olar, heç bir yerdə yoxdur. O, dua edib ki, Allah-Taala bu birliyimizi əlimizdən almasın.

Mərasim çıxış edən Milli Məclis sədrinin müavini Əli Əhmədov ölkəmizdəki dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və dünyəvilik prinsipləri əsasında formalaşdığını, dövlətin dini inanclara tolerant yanaşdığını və cəmiyyətin müxtəlif konfessiyalar arasında harmoniyanın qorunmasına önəm verdiyini vurğulayıb.

Sonda iftar süfrəsi verilib.


Seçilən
1
1
news24.az

2Mənbələr