AZ

ABŞ və Rusiya nümayəndə heyətləri arasında növbəti görüşün tarixi elan edildi

Martın 23-də ABŞ və Rusiya Səudiyyə Ərəbistanının Ciddə şəhərində prezident Donald Tramp və Vladimir Putin arasında danışıqlar zamanı əldə olunan razılaşmalara dair danışıqlar aparacaq.

Editor.az bildirir ki, bu barədə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News” telekanalında məlumat verib. O qeyd edib ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və dövlət katibi Marko Rubiodan ibarət ABŞ nümayəndə heyəti Səudiyyə Ərəbistanına gələcək.
Vitkoffun sözlərinə görə, müvəqqəti atəşkəs haqqında razılaşmalar ümumilikdə infrastruktura hücumların dayandırılmasını ehtiva edir.

Trampın xüsusi nümayəndəsi Ukraynanın bu təşəbbüsləri dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Mən əlbəttə ki, ümid edirəm ki, ukraynalılar bununla razılaşacaqlar. Hələ razılaşdırılmalı olan bəzi detallar var, lakin danışıqlar bazar günü Ciddədə başlayacaq, – o deyib.
Rusiya görüşdə iştirakını hələ ki, rəsmən təsdiqləməyib. Bundan əlavə, Ukrayna nümayəndə heyətinin orada iştirak edib-etməyəcəyi məlum deyil.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr