Böyük Britaniya və Aİ ölkələri Kiyevə silah tədarükünün artırılmasını müzakirə edəcəklər.
Editor.az bildirir ki, bunu Britaniyanın xarici işlər naziri David Lammy deyib. İddia olunur ki, bu proses Moskva ilə barışıq başlamazdan əvvəl qurulmalıdır. “Əlbəttə, biz Ukraynanı hərbi və iqtisadi baxımdan mümkün olan ən güclü mövqeyə qoymaq niyyətindəyik”, – deyə Lammi “Bloomberg”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Britaniya tərəfi çərşənbə axşamı, martın 18-də avropalı tərəfdaşlarla Ukraynaya hərbi yardımın genişləndirilməsi məsələsini müzakirə edib.
Daha sonra Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas Londona gəlib. Görüş zamanı tərəflər sülh sazişi bağlandıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün “istəklilərin koalisiyasının” yaradılması imkanını nəzərdən keçiriblər.
Xüsusən də Brüssel və Londonun yüksək rütbəli nümayəndələri Moskvaya artan iqtisadi təzyiq və Kiyevə maliyyə yardımı mövzusuna toxunublar.
//Samir Qurbanov, Editor.az