AZ

Bayram günlərində oruc tutanların DİQQƏTİNƏ - Şəkərbura, paxlava...

Novruz bayramına sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də insanlar baharın gəlişini böyük sevinclə qarşılamağa hazırlaşır. Bayram süfrələri bir-birindən ləziz təamlarla, dadlı yeməklərlə və ənənəvi şirniyyatlarla bəzədiləcək. Xüsusilə şəkərbura, paxlava kimi şirniyyatlar bayramın ayrılmaz hissəsidir.

Lakin bu il Novruz bayramı Ramazan ayının ilk günlərinə təsadüf etdiyindən, insanlar həm də oruc ibadətini yerinə yetirəcəklər. Oruc tutanlar üçün uzun saatlar aclıqdan sonra iftar süfrəsinə əyləşmək xüsusi diqqət tələb edir. Bayram əhval-ruhiyyəsində həddindən artıq yemək və şirniyyat istehlakı isə sağlamlıq baxımından risklər yarada bilər.

Bəs, iftarda bayram yeməklərini, şəkərbura, paxlava kimi şirniyyatları istehlak etmək oruc tutanlar üçün hansı risklər yaradır?

Yenisabah.az məsələni sağlam qidalanma mütəxəssisi Fərid Səfərovla müzakirə edib. Ekspert bildirib ki, istər bayramda, istər də adı günlərdə masalar sağlam və yüngül yemək seçimlərindən ibarət olmalıdır:

“Bu ay biz həm də oruc tuturuq, orucun isə orqanizmimizə olan faydaları artıq məlumdur, orqanizmin toksinlərdən təmizlənməsi, qan-damar sisteminin güclənməsi, bədəndəki artıq yağların sovrulması, bağırsaqların sağlamlığı və s.

Bu zaman orqanizm dincəlir, bütün vaxtını və gücünü bizim normadan artıq yediklərimizi ayırmağa və təmizləməyə itirən orqanizm artıq özünə vaxt ayırır.

Belə bir "təmizlikdən" sonra da iftarda da yediyimiz hər bir qidanın normasına və sağlam olub-olmamağına xüsusi diqqət etməliyik”.

F.Səfərov oxucularımıza bir sıra tövsiyələr verib:

- iftar zamanı fasilə ilə qidaları qəbul edin.

- lazımi qədər su için.

- təkcə bayram süfrəsində yox, bir vərdiş halına gətirərək həmişə yeməklər kiçik hissələrdə yavaş-yavaş yeyilməlidir.

- şəkərli və qazlı içkilər, hazır meyvə suları içməyin, əvəzinə normasında, sevdiyiniz və özünüzün hazırladığınız təzə meyvə suyu içmək olar.

- təzə meyvə və qoz-fındıq yeməkdən sonra və axşam saatlarında həddindən artıq yeyilməməlidir.

- həddən artıq yağlı və qızardılmış qidaları az istehlak edin.

- bayram şirniyyatlarını da çox kiçik porsiyalarla yeyin və ya ümumiyyətlə yeməməyə çalışın.

- sağlam və balanslı qidalanma bir günlük deyil, ömürlük prinsip kimi qəbul edilməlidir.

Seçilən
7
2
news24.az

3Mənbələr