AZ

Tramp kabinetindəki qırmızı düymənin nə işə yaradığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ Evin Oval kabinetindəki masanın üzərindəki qırmızı rəngli düymə diyetik "Coca-Cola" sifariş etmək üçün nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, o bu barədə "Fox"un jurnalisti Lara İnqremə bəhs edib.

Ağ Evin rəhbəri jurnalistlə söhbətləşərək masasına yaxınlaşıb və qırmızı düymənı basıb.

ABŞ lideri L.İnqremin ona "Cola" düyməsini göstərmək xahişinə cavab olaraq bildirib:

"Onlar deyirlər ki, əgər mən bu düyməni sıxsam, dünyanın sonu gələcək".

Qeyd edək ki, D.Tramp inaqurasiyasından sonra bu düymənin Oval kabinetdə quraşdırılması üçün göstəriş verib.
Seçilən
32
1
sherg.az

3Mənbələr