AZ

Oval kabinetdəki sirli qırmızı düymə NƏ ÜÇÜNDÜR?

Ağ Evdə Oval kabinetdəki qırmızı düymə nüvə silahı atmaq üçün deyil, “Diet Cola” sifariş etmək üçündür. 

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində bildirib.

“Hamı bunun nüvə silahı olduğunu düşünür. Deyirlər ki, mən onu bassam, dünyanın sonu gələcək”, - Tramp bildirib.

Trampın masası prezident kimi ilk dövründə belə bir cihazla təchiz edilib. Bununla belə, 2021-ci ildən 2025-ci ilə qədər dövlət başçısı vəzifəsində çalışmış Co Bayden basıldıqda otağa bir stəkan qazlı içki gətirən düymənin çıxarılmasını əmr tdib.

Respublikaçı Tramp yanvarın 20-də ikinci dəfə ABŞ administrasiyasının rəhbəri vəzifəsinə başlayıb. O, 2024-cü il noyabrın 5-də keçirilən növbəti ABŞ seçkilərində qalib gəlib. Tramp ilk dəfə 2017-2021-ci illərdə Amerika lideri olub. O, ABŞ tarixində fasilədən sonra yenidən ən yüksək dövlət idarəsinə daxil olan ikinci şəxs olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə 22-ci və 1893-1897-ci illərdə 24-cü prezident) nail ola bilmişdi. Tramp ABŞ-nin 45-ci və 47-ci prezidenti olub.

Seçilən
31
cebheinfo.az

1Mənbələr