AZ

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğıntəhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlər,xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyiqaydalarına əməl edilməməsi sonda arzuolunmaz nəticələrə gətiribçıxarır.

"Təəssüflə qeyd olunmalıdır ki, nazirlik tərəfindən buistiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədənedilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə İlaxır çərşənbəzamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmamasınəticəsində 19 yanğın hadisəsi qeydə alınıb", -məlumatdadeyilir.

Göstərilənləri, xüsusilə ölkə ərazisində müşahidə olunan küləklihava şəraitinin davam edəcəyini nəzərə alaraq, FHN bir daha əhaliyəmüraciət edərək, Novruz bayramı ilə bağlı mərasimlərdə aşağıdakıyanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digəryanar əşyalardan kənarda və müvafiq təhlükəsizlik tədbirlərigörülməklə yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərinnəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqalyandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadəqadağandır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Məqalədə:
Seçilən
3
49
az.trend.az

10Mənbələr