ABŞ Prezidenti Donald Trampın Ağ Evin Oval kabinetindəki masasının üzərində olan qırmızı düymə pəhriz kolası sifariş etmək üçün lazımdır.
Axar.az xəbər verir ki, Tramp bu barədə “Foks Nyus”un jurnalisti Laura İnqrama müsahibəsində deyib.
“O, düz buradadır. Hamı bunun nüvə düyməsi olduğunu düşünür. Deyirlər bassam, dünyanın sonu gələcək”, - Tramp müxbirə masasında yerləşən qırmızı düyməyə işarə edərək bildirib.
Qeyd edək ki, pəhriz kola sifariş etmək düyməsi Tramp tərəfindən əvvəlki səlahiyyət müddətində quraşdırılıb, lakin Co Baydenin prezidentliyi dövründə çıxarılıb. Qırmızı düymə bu ilin yanvarında siyasətçinin andiçmə mərasimindən sonra ABŞ prezidentinin ofisinə qaytarılıb.