Prokurorlar İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun şəhərin Ədliyyə Sarayında dindirilməsini başa çatdırıblar.
Musavat.com xəbər verir ki, bu barədə “Haberturk” telekanalı mənbələrə istinadən xəbər verib.
Bildirilib ki, Ə.İmamoğlu barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmənin qərarının bazar günü səhər saatlarında çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.