Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri Yəmənin Səada vilayətindəki anbarlarasilsilə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziyakanalı xəbər verib.
Məlumata əsasən, "Ənsar Allah" üsyançı hərəkatından olan husilərbu anbarlardan silah saxlamaq üçün istifadə edirlər.
Bildirilib ki, ABŞ aviasiyası yəmənli üsyançıların Səadavilayətindəki mövqelərinə 10-dan çox zərbə endirib. "Ənsar Allah"hərəkatının silah anbarları atəşə tutulub. Ölənlər barədə məlumatverilməyib.