AZ

Husilər Tel-Əviv aeroportunu bombaladılar

Hurriyyet.az xəbər verir ki, Yəməndə hakimiyyətdə olan husilər Tel-Əvivin Ben-Qurion aeroportuna raket zərbəsi endiriblər.

Bu barədə "Al Masirah" kanalı husilərin açıqlamasına istinadla məlumat verib. Bəyanatda husilərin aeroporta hücum zamanı "Zülfüqar" və "Fələstin-2" ballistik raketlərindən istifadə etdikləri bildirilir.

Husilərin Qırmızı dənizdə Amerikanın "USS Truman" aviadaşıyıcısına da raket və PUA zərbələri endirdikləri xəbər verilib. Açıqlamada bildirilir ki, "USS Truman" və digər ABŞ gəmiləri ilə toqquşma bir neçə saat davam edib.

Hürr Tərcüman

 

Seçilən
2
hurriyyet.az

1Mənbələr