AZ

İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

İstanbul, 25 mart, Günel Karatepe, AZƏRTAC

İstanbulun Beyoğlu Bələdiyyəsinin başçısı İnan Güney şəhər Baş Prokurorluğu tərəfindən ifadə verməyə çağırılıb.

AZƏRTAC xəbər verir ki, prokurorluq tərəfindən ona qarşı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Qurultayı seçkilərində saxtakarlıq edilməsi və “Siyasi partiyalar haqqında” Qanunun pozulması iddiası ilə istintaq başlanıb. Güney bu araşdırma ilə bağlı şübhəli qismində ifadə verəcək.

Seçilən
70
13
azertag.az

10Mənbələr