AZ

İmamoğlunun yerinə bu şəxs seçildi

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisinə keçirilən seçkidə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Nuri Aslan sədr seçilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisində keçirilən səsvermə nəticəsndə Nuri Aslan 177 səs toplayıb. Onun rəqibi AKP-dən olan namizəd Zeynalabdin Okul isə 125 səs toplaya bilib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində Əkrəm İmamoğlu həbs edilib.

Seçilən
77
3
axar.az

4Mənbələr