AZ

Ayaqqabılarınızı bu üsulla təmizləsəz...

Ağ ayaqqabılar zamanla kirlənməyə başlayır. Çirklənmiş və ağlığını itirmiş ayaqqabıları təmizləmək üçün yuyucu vasitələr və ya təmizləyici məhlullar çox vaxt kifayət etmir. 

News24.az sizə ağ ayaqqabılarınızı əvvəlkindən də daha ağ etmək üçün bir sıra təbii üsulları təqdim edir:

Sirkə və soda:  

Bu üsulu tətbiq etmək üçün bir stəkan ilıq suda 1 xörək qaşığı soda və 1 xörək qaşığı ağ sirkəni qarışdırın. Sonra qarışığı diş fırçası ilə ayaqqabılara çəkin. 15 dəqiqə gözlədikdən sonra ləkələri nəm parça ilə təmizləyə bilərsiniz.

Limon suyu:  

Ayaqqabıları limon suyu ilə təmizləmək üçün limonu yarıya bölün. Açıq yerdən suyu yumşaq bir şəkildə sıxaraq ayaqqabıya tətbiq etməyə başlayın. Sonra 5-10 dəqiqə gözləyin. Ləkələri nəm bir parça ilə təmizləyin və ayaqqabıların kölgədə qurumasına icazə verin.

Süd və duz:  

İlk baxışdan maraqlı bir üsul kimi görünsə də, duzun aşındırıcı quruluşu südlə birləşdirildikdə ayaqqabıları ağardan bir qarışıq əldə edə bilərsiniz. Əvvəlcə 1 stəkan südün içinə bir xörək qaşığı duz əlavə edib qarışdırın. Bir parça və ya süngərdən istifadə edərək qarışığı ayaqqabılara çəkin. 20 dəqiqə gözlədikdən sonra ayaqqabıları nəm parça ilə silin.

Zəhraxanım Şeydayeva

Seçilən
44
news24.az

1Mənbələr