Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdəki debatı zamanı bir sıra məsələlərlə bağlı açıqlama verib. Tribunainfo.az xəbər verir ki, onlardan biri də Qarabağ hərəkatı ilə bağlı olub.
Paşinyan deyib ki, əsas məsələ Ermənistan və Ermənistan xalqının Qarabağ hərəkatını davam etdirmək istəyib-istəməməsidir. “Mən açıq və birmənalı demək istəyirəm: Mən hesab edirəm ki, Qarabağ hərəkatını davam etdirməməliyik”.
O qeyd edib ki, bu addım sülh danışıqlarına mənfi münasibətin yaranmasına səbəb olacaq. Paşinyanın sözlərinə görə, “Qarabağ hərəkatı”na davam etmək, həmçinin İrəvanı zərbə altında qoymaqdır.