Vətən müharibəsi şəhidi Hikmət Bağırlının ailəsində xoş hadisə yaşanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin qardaşı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
Ailənin yeganə oğul övladı olan Hikmət Qəhrəman Bağırov 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. O, Bəydili kənd tam orta məktəbində təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanıb və kəşfiyyat qrupunda xidmət edib. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə, məhz anadan olduğu gün, qəhrəmancasına şəhid olub.
Şəhid Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Sabutay, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta