AZ

İmamoğlunun yerinə seçilən Nuri Aslan kimdir? – DOSYE

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra İBB Məclisində seçki keçirilib. İBB Şura üzvlərinin səsi ilə Şura üzvü Nuri Aslan İBB Bələdiyyə sədrinin müavini oldu.

Bizim.Media İBB sədri vəzifəsini icra edəcək Nuri Aslanın dosyesini təqdim edir.

1969-cu ildə Sivasda anadan olan Nuri Aslan ibtidai və orta təhsilini İstanbulda başa vurub. 1990-cı ildə Yıldız Texniki Universitetinin Dəniz Memarlığı və Dəniz Mühəndisliyi fakültəsini bitirib. Peşəsinə görə uzun illər özəl sektorda çalışıb və bir müddət özəl şirkətdə baş menecer vəzifəsində çalışıb.
 

1999-2004-cü illərdə Küçükçekmece Bələdiyyə Məclisinin üzvü olan Aslan yerli idarəetmədə ilk təcrübəsini bu dövrdə qazanıb. Siyasi həyatını Cümhuriyyət Xalq Partiyasında davam etdirən Aslan 2019 və 2024-cü il yerli seçkilərində Beylikdüzü və İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin üzvü seçilib.


Aslan təkcə siyasətdə deyil, vətəndaş cəmiyyəti təşkilatlarında da fəal rol alıb. 2009-2020-ci illərdə Sivas Koyulhisar və Kəndlərə Xidmət Vəqfinin (KODAV) vitse-prezidenti, 2014-2018-ci illərdə BEYSİAD (Beylikdüzü Sənayeçi və İş Adamları Dərnəyi) sədri, 2014-2021-ci illərdə isə İSİFED (İstanbul Sənaye və İş Adamları Federasiyası) İdarə Heyətinin üzvü olaraq çalışmışdır. O, həmçinin 2011-2019-cu illər arasında Beylikdüzü Şəhər Şurasının İcraiyyə Şurasının üzvü olub.

Evli və 3 uşaq atası olan Nuri Aslanın 56 yaşı var. (Globalinfo.az)

Bizim.Media

Seçilən
45
bizim.media

1Mənbələr