BMT Baş Assambleyasında “30 mart - Beynəlxalq Sıfır TullantıGünü” münasibətilə xüsusi sessiya keçirilib.
Bu barədə TrendAzərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinə istinadən məlumatverir.
Yüksək səviyyəli tədbirdə Azərbaycanın daimi nümayəndəsi TofiqMusayev çıxış edib.
“Mənim üçün Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş buvacib tədbirin birgə təşkilinə görə Türkiyənin DaimiNümayəndəliyinə, BMT-nin Məskunlaşma Proqramına (BMT-Habitat) vəBMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürümüzü bildirməkləbaşlamaq böyük şərəfdir. Biz xüsusilə “Sıfır tullantı” təşəbbüsünümilli siyasətdən qlobal hərəkat səviyyəsinə çatdırmaqda həlledicirol oynamış Türkiyə Respublikasının rəhbərliyini və birinci xanımƏminə Ərdoğanın şəxsi səylərini yüksək qiymətləndiririk.
Həqiqətən də, “sıfır tullantı” konsepsiyası Dayanıqlı İnkişafMəqsədlərinə çatmaq və daha “yaşıl” planet yaratmaq yolunda birtəməl daşıdır. Azərbaycan dövri iqtisadiyyat layihələrinə dəstək,dayanıqlı tekstil istehsalının təşviqi, innovasiya və tədris yoluilə tullantıların azaldılması kimi bir sıra Dayanıqlı İnkişafMəqsədləri üzrə tərəqqini sürətləndirmək üçün konkret addımlaratıb”, - deyə o bildirib.
O, “sıfır tullantı” təşəbbüsünün ötən ilin noyabr ayında Bakıdakeçirilmiş COP29 konfransı zamanı əhəmiyyətli qlobal təkanyığdığını qeyd edib.
“Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri, COP29-unYaşıl Zonasında Azərbaycan və Türkiyə tərəfindən istifadəyəverilmiş birgə pavilyon olub ki, bu da kollektiv fəaliyyətvasitəsilə qlobal ekoloji inkişafa töhfə verməkdə ortaq iradəmizinsübutudur.
Bundan əlavə, COP29 zamanı orqanik tullantılardan metanemissiyalarının azaldılması barədə Bəyannamə qəbul edilib ki, bu datullantıların yaranmasının qarşısının alınması və sıfır tullantıtəcrübələrinin tətbiqi üçün kompleks tədbirlərin zəruriliyinivurğulayır. Urbanizasiya, sıfır tullantı və iqlim dəyişikliyiarasındakı qarşılıqlı əlaqəni nəzərə almaq vacibdir.
COP29 gündəliyinin bir hissəsi kimi Davamlı və Sağlam Şəhərlərüçün Çoxsektorlu Fəaliyyət Yolları (MAP) barədə Bəyannaməhazırlanıb. Bu sənəd şəhərlərdə iqlim problemlərinin həllindəçoxtərəfli əməkdaşlığın təşviqi, şəhər iqlim səylərindəardıcıllığın yaradılması və şəhər iqlim maliyyələşdirilməsininstimullaşdırılması məqsədilə hazırlanıb.
Gələcəyə baxdıqda, Azərbaycanın gələn il qəbul edəcəyi ÜmumdünyaŞəhərlər Forumunun 13-cü sessiyasının xüsusilə dayanıqlı şəhərinkişafının təşviqi, sıfır tullantı təşəbbüsləri və iqlimdəyişikliyinə davamlı şəhərlərin yaradılması sahəsində ümumiöhdəliklərimizi gücləndirmək baxımından daha bir mühüm platformaolacağını söyləmək olar”, - deyə T.Musayev bildirib.