“Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeni mərhələsi üçün hələlik dəqiq tarix bəlli deyil”.
Publika.az xəbər verir ki, bunu mediaya açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsla Rusiya vitse-prezidenti Yuri Uşakovun daimi təmasda olduqlarını söyləyib.
“Ölkələr arasında dialoq istənilən halda davam edəcək. Lakin hələlik dəqiq tarix yoxdur”, - deyə Peskov qeyd edib.