AZ

Saçdakı kəpəyi aradan qaldırmağın təbii üsulu

Saçda kəpək müxtəlif səbəblərdən yarana bilər. Yanlış qulluq vasitələrinin istifadəsi, saçın qeyri-kafi qidalanması və stress kimi səbəblərdən kəpək görülə bilər. 

News24.az sizə kəpəyi aradan qaldırmağın açarı olan təbii üsulları təqdim edir:

Alma sirkəsi:  

Alma sirkəsi baş dərisində pH balansını yaradaraq kəpək və baş dərisi göbələklərinin qarşısını alır. Bu üsulu tətbiq etmək üçün 1 stəkan suya yarım stəkan alma sirkəsi əlavə edin. Bu qarışığı masaj edərək saç dərinizə çəkin və 15 dəqiqə gözləyin. Sonra saçınızı şampunla yuyun. 

Hindistancevizi yağı və limon suyu:  

Hindistancevizi yağı saç dərisini nəmləndirərək kəpək əmələ gəlməsinin qarşısını alırsa, limon turşulu quruluşu ilə saç dərisində göbələk əmələ gəlməsinin qarşısını alır. Bu üsul üçün 2 xörək qaşığı kokos yağı və 1 xörək qaşığı limon suyunu qarışdırın. Qarışığı masaj edərək saç dərinizə çəkin. 30 dəqiqə gözlədikdən sonra saçınızı ilıq su və şampunla yuya bilərsiniz.

Aloe vera geli:  

Aloe vera geli saçdakı qaşıntıları sakitləşdirməyə kömək edir. Həmçinin baş dərisini nəmləndirərək kəpək əmələ gəlməsinin qarşısını alır. Bu üsul üçün saç köklərinizə təzə aloe vera gel tətbiq edin. Təxminən 25 dəqiqə gözlədikdən sonra saçınızı ilıq su ilə yaxalaya bilərsiniz.

Zəhraxanım Şeydayeva

Seçilən
30
news24.az

1Mənbələr