1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Seymur Həmidovu saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə: