AZ

“Qarabağ hərəkatı” bu vaxta qədər davam edəcək – Babayan

Qarabağda ləğv edilmiş qondarma rejimin terror birləşməsinin keçmiş komandiri Samvel Babayan Ermənistan Baş naziri Nikol Paşinyan “Qarabağ hərəkatını davam etdirməməliyik” bəyanatına cavab verib.

O, Qarabağ könüllü tərk etmiş ermənilərinin tələblərinə diqqət çəkib.

“Ermənistan Respublikası Qarabağdan gəlmiş erməniləri mənzil və işlə təmin etsə, hərəkat dayanar. Amma bunu etməsən, nəsə deməyə ehtiyac yoxdur. Həmin problemləri həll edən kimi deyə bilər ki, Qarabağ hərəkatı davam etməməlidir. O bunu etməyənə qədər hərəkat davam edəcək”, – Babayan deyib.

O, ermənilərin Qarabağı yenidən ələ keçirəcəkləri barədə deyənlərin populist olduğunu qeyd edib.

Əliyar Xəlil

Mənbə: globalinfo.az

Seçilən
38
1
globalinfo.az

2Mənbələr