Türkiyənin məşhur müğənnisi Volkan Konak Kıbrısda konsert zamanı səhnədə huşunu itirib.
"Unikal" xəbər verir ki, müğənniyə səhnədə ilkin tibbi yardım göstərilib. Ona səhnədə 10-15 dəqiqə ürək masajı edilib. Konserti yarımçıq qalan Konak xəstəxanaya yerləşdirilib. İfaçının infarkt keçirdiyi ehtimal edilir.
Hələlik müğənninin səhhəti ilə bağlı heç bir açıqlama verilmir.