İstanbulda sürətlə hərəkət edən avtomobil əvvəlcə başqa bir avtomobilə, daha sonra səkidə gedən qadına dəyib.
News24.az xəbər verir ki,zərbənin təsirindən ayağı qırılan qadın xəstəxanaya çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq qadın dünyasını dəyişib.
Qəzaya səbəb olan 35 yaşlı sürücü Nurhan Barut polis tərəfindən saxlanılıb. Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Barut həbs olunaraq həbsxanaya göndərilib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik./Musavat.com