Əməkdar artist Gülüstan Əliyeva “Kanal S”in aparıcısı Nigar Fərhadı qalmaqal yaradan “oğluma atasız qız almaram”açıqlamasına görə sərt tənqid edib.
G.Əliyeva Pravda.az-a müsahibəsində N.Fərhadı qınayıb.
“O qızın verlişlərini ara-sıra izləyirəm, proqramı qarşıma çıxır. Efirdə dediyi çox layiqsiz cümlədir. Mən də atasızam, atasız kişi ilə ailə qurmuşam. Atasız oğlanlar da evlənir, atasız qızlar da ərə gedir. Hamıdan da yaxşı, hamıdan da yüksək səviyyədə. Efir şəxsi fikirləri bildirmək məkanı deyil. Günah “Kana S”dədir ki, elə adamların efirə çıxmalarına icazə verib. Gənc qızdır, ola bilər, təcrübəsizliyindən elə fikir səsləndirib. Yəqin, ona həddindən artıq o kanalda üz veriblər, elə cümlələr işlədir. Başqa verilişlərdə də efirə yaraşmayan sözlər danışır. Mən şəhid ailəsiyəm, oğlumu atasız böyütmüşəm, evləndirmişəm. Yaxşı ailəsi, uşağı var. Bu qədər şəhidimiz var, onların da uşaqları atasız qalıb. Bu nə deməkdir? Efirə, ümumiyyətlə insana yaraşmayan cümlədir. Sən şəxsi fikirlərini öz ailəndə icra edə bilərsən. Get, öz övladlarınla nə istəyirsənsə, et, atalı qız al, lap iki atası olan qız al. Yaraşmır, layiq deyil. Qınadım. İki gündür, sosial şəbəkələrdə bu polemika gedir”, - G.Əliyeva qeyd edib.