Mütəxəssislər ürək sağlamlığını dəstəkləyən yağlardan biri olan omeqa-3 üçün həftədə iki dəfə balıq yeməyin vacibliyinə diqqət çəkib.
Medicina.az xəbər verir ki, türkiyəli həkim prof. Dr. Ahmet Var bildirib:
"Somon, skumbriya, ton balığı, siyənək və sardina kimi yağlı balıqlar yüksək miqdarda omeqa-3 ehtiva edir. Balıq allergiyası olanlar və ya vegetarianlar alternativ olaraq omeqa-3 qaynaqlarından və ya bitki əsaslı əlavələrdən ala bilərlər. Omeqa-3 mənbələri arasında kətan toxumu, çia toxumu, qoz-fındıq daxildir".
Aygün
Medicina.az