AZ

Kadırov oğluna daha bir yüksək vəzifə verdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və onun təhlükəsizlik idarəsinin rəisi Adam Kadırov Daxili İşlər Nazirliyinin regional kuratoru təyin edilib.


News365.az xəbər verir ki, bu barədə idarənin Teleqram kanalında məlumat yayılıb.


“Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun tapşırığına əsasən, Adam Kadırov Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə kuratoru təyin edilib”, - departamentdən bildirilib.


Adam Kadırov artıq kollektivə təqdim edilib.


Qeyd edək ki, bundan əvvəl 17 yaşlı Adam Kadırov Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin və Şeyx Mənsur batalyonunun kuratoru təyin edilib.


Bundan əlavə, A.Kadırov bu il martın sonunda “Hərbi fərqlənməyə görə” medalına layiq görülüb.


Seçilən
9
6
news365.az

8Mənbələr