Transbaykal diyarının sakini ehtiyatsızlıqdan tarlada yanğın törədib və onu pivə ilə söndürməyə cəhd edib.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Hadisə bir gün əvvəl, aprelin 16-da Krasnokamenskdə baş verib. 38 yaşlı qadın “içmək, siqaret çəkmək, fikirləşmək və əylənmək” istədiyini və daha sonra sərxoş olarkən təsadüfən kibritlə otları yandırdığını bildirib. Yanğın təxminən 100 kvadratmetr ərazini əhatə edib.
Qanunu pozan alovu söndürmək üçün “hər şeyi” etməyə çalışdığını etiraf edib. Nəticədə yanğınsöndürənlər hadisə yerinə getməli olublar. “Qadın inzibati məsuliyyətə cəlb olunacaq”, – Fövqəladə Hallar Nazirliyi qeyd edib.
//Samir Qurbanov, Editor.az