AZ

Günay Mehdizadə Zebiçin Türkiyədə "İstiqlal" sərgisi keçirilib

Dekabrın ilk həftəsində Əskişəhər Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Kent muzeyləri kompleksi sərgi salonunda Türkiyənin və Azərbaycanın tanınmış rəssamı Günay Mehdizadə Zebiçin solo sərgisi baş tutdu. 
 
Əskişəhər Böyükşəhər Bələdiyyəsi Şəhər Muzeylərində keçirilən açılışla məşhur Azərbaycan rəssamı Günay Mehdizadə Zebiç tərəfindən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrini möhkəmləndirmək məqsədilə xüsusi əsərlərdən ibarət “İstiqlal” adlı rəsm sərgisi sənətsevərlərə təqdim olunub.
Milli və beynəlxalq səviyyədə açılan sərgidə adından söz etdirən Günay Mehdizadə Zebiçin “İstiqlal” adlı rəsm sərgisində əskişəhərli sənətsevərlərlə görüşüb. 
 
Böyükşəhər Bələdiyyəsi Şəhər Muzeyləri Kompleksi Sərgi Salonunda təşkil edilən möhtəşəm açılışa Böyükşəhər Bələdiyyə Başçısı Prof. Dr. Yılmaz Büyükerşen, araşdırmaçı-yazar Orhan Delipınar, alimlər, tələbələr, qonaqlar və çox sayda sənətsevər iştirak edib. Açılışda çıxış edən Bələdiyyə Başçısı Büyükerşen gözəl əsərlər yaratmış Zebiçi zəhmətinə və yaratdığı möhtəşəm sərgiyə görə təbrik edib. Günay Mehdizadə Zebiç həmçinin sərginin Əskişəhər sakinlərinə çatdırılmasında verdiyi töhfəyə görə Bələdiyyə Başçısı Büyükerşenə təşəkkür edib.
Çıxışlardan sonra sərginin açılışı olub. Daha sonra Bələdiyyə Başçısı Büyükerşen, qonaqlar işləri diqqətlə araşdırıb. 
 
Qeyd edək ki, bu sərgi hər iki qardaş ölkənin 100 illiyinə həsr olunub. Belə ki, Türkiyə Cumhuriyyətinin 100, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə keçirilən sərgi böyük əhəmiyyət kəsb edir. 
 
Sərgini keçirməkdə əsas məqsəd  iki ölkə arasında olan qardaşlıq bağları və bu bağların möhkəm təməllər üzərində qurulmasıdır. Eyni zamanda, iki ölkə arasında mədəni əlaqlərin daha sıx qurulması və inkişaf etdirilməsi dayanır. Sərgidə nümayiş olunan əsələr Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün yeniyetməlik,  hərb həyatı və prezident olan dönəmlərini əks etdirir.  
 
Bundan başqa,  Azərbaycan milli-mənəvi dəyərlərini özündə əks etdirən əsərlər təqdim edilib.“İstiqlal” adlı sərgi; İki ölkə arasında qardaşlıq bağlarını qoruyub saxlamaq, bu əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu əks etdirmək, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da yaxınlaşması məqsədi ilə Cümhuriyyətin 100 illiyinə həsr olunub. Sərgidə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün gəncliyini, hərbi həyatını və prezidentlik dövrünü əks etdirən əsərlərlə yanaşı, Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən əsərlər də nümayiş etdirilib. Eyni zamanda, əsərlərə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olması da daxildir.
 
Seçilən
585
50
moderator.az

10Mənbələr