AZ

Bakı-Qazax yolunda zəncirvari qəza

Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 71-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, 7 avtomobilin iştirakı ilə baş verən qəzada avtomobillərə ziyan dəyib.

İlkin olaraq "Mercedes" markalı avtomobil körpü üzərində maneəyə dəyib.

Ondan sonra gələn avtomobillər bir-biri ilə toqquşub.

Seçilən
286
3
herbiand.az

10Mənbələr