Türkiyə xarici işlər naziri Hakan Fidan və Oman xarici işlər naziri Səyyid Bədr Əl-Busaidi arasında telefon danışığı olub.
Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Danışıqlar zamanı Qəzzadakı vəziyyət və regional təhlükəsizlik məsələləri, eləcə də iki ölkə arasında əməkdaşlıq sahələri müzakirə edilib.