Sumqayıt şəhərində 39 yaşlı kişi itkin düşüb. Manset.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü Əlibala Müslüm oğlu Sadıqov Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.Faktla bağlı polisə məlumat verilib.