AZ

Piyadanı vurub hadisə yerindən qaçdı

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Səxavət Yafət oğlunu avtomobil vurub.

Qəzanı törədən sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
480
7
bakupost.az

10Mənbələr