Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
![](https://baku.ws/uploads/posts/2024-01/1706342330_mg_0060.jpeg)
![](https://baku.ws/uploads/posts/2024-01/1706342323_mg_0059.jpeg)