Bu gün Lerik rayonunun ziyalısı, uzun müddət Lerik Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Təhməz Əliyev vəfat edib.Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Təhməz Ağarza oğlu Əliyev 1946-cı ildə Lerik rayonunun Molalan kəndində anadan olub. BDU-nun filologiya fakültəsini, Lənkəran Pedaqoji Məktəbini və Partiya Məktəbini bitirib.
Uzun illər müəllim və təlimatçı kimi çalışıb. Uzun illər Lerik Rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri kimi fəaliyyət göstərib.2015-ci ildən isə təqaüdə çıxıb.