Bakı. Trend:
“Martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurasıçərçivəsində nazirlərin 2-ci iclaslarında bir çox digər vacibməsələlərlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeniperspektivləri də müzakirə olunub. Mötəbər tədbirdə iştirak edənAzərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, ötəndövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerjitəhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasınınyaradılmasına xidmət etmişdir.” Bu fikirləri mətbuata açıqlamasındaMilli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Deputat bildirib ki, möhtərəm dövlət başçımız Məşvərət Şurasınınbütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyiməsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunudiqqətə çatdırıb.” Enerji təhlükəsizliyinin təmin olunmasının hərbir ölkənin milli təhlükəsizlik məsələsi olduğu nəzərə alınmaqla,bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət görülən işlərinson dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizinə artıqbir çox marşrutlar üzrə interkonnektorların əlavə edilməsi də bulayihənin müstəsna əhəmiyyətindən xəbər verir.”
K.Qafarov Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasınıngenişlənməsinin ölkəmizin iqtisadiyyatı üçün önəmli amil olduğunuqeyd edib: “Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir vəonlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyəverilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə,Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarıolduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığıninkişafında mühüm rol oynadığını təsdiq edir. Məhz bu səbəbdən dəPrezident İlham Əliyev öz çıxışında Azərbaycanın bundan sonra dainterkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsiistiqamətində səylərini davam etdirəcəyini vurğuladı.
Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qazmənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir.
Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Türkiyə vasitəsiləTrans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı daəldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbətişaxələndirmə deməkdir. Ölkəmizin qaz ehtiyatlarınınqiymətləndirilməsi bunu deməyə əsas verir ki, uzun illərdən bəriAzərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılanşayiələr tamamilə əsassızdır və ölkəmizə qarşı davamlı olaraqaparılan qərəzli kampaniyanın tərkib hissəsidir.”
K.Qafarov Azərbaycanın yaşıl enerji sahəsində çalışmalarındanbəhs edərək deyib: “Məlum olduğu kimi, 2024-cü il Azərbaycanda“Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Öz çıxışında buməsələyə ətraflı toxunan cənab Prezident İlham Əliyev bildirdi ki,ölkəmizin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayişetdirir.
Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizinyaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropayayaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkanverəcək. COP29-un bu il Azərbaycanda keçirilməsi barədə qəbuledilmiş qərar da ölkəmizin yaşıl gündəliyini bir daha nümayişetdirir” .