Rusiya müharibənin 757-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 577 təyyarəsi, 270 helikopteri, 16 443 PUA-sı, 487 zenit-raket kompleksi, 15 562 tank və digər zirehli texnikası, 1 251 reaktiv yaylım atəş sistemi, 8 480 artilleriya və minaatanı, 20 027 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun