Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldo yoldaşlıq görüşündə Sloveniya (0:2) məğlubiyyətinin ardından hakimlərə sərt təpkisi göstərib.
İdmanxeber.az-ın məlumatına görə, soyunub-geyinmə otağına gedərkən 39 yaşlı yarımmüdafiəçi ehtiyat hakimin üstünə qışqıraraq, iki barmağı ilə Sloveniyanın qapısına təyin edilməyən penaltiləri nəzərdə tutub.
Bu hadisə televiziyada canlı yayımlanıb və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.