AZ

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb

Bakı, 29 mart, AZƏRTAC

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, xüsusi verilişin qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının Azərbaycanla Ermənistan arasında sülh danışıqları, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq, Bakının ev sahibliyi edəcəyi COP29 və digər mövzularda suallarını cavablandırıb.

Bildirilib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub.

Vurğulanıb ki, Fransa və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk Qrupunun himayəsi ilə aparılan 30 illik danışıqlar praktiki olaraq heç bir nəticə verməyib. Amma indi sülh daha yaxındır, bölgədə de-fakto sülh hökm sürür. Azərbaycanın məqsədi Qafqaz regionunu sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir. Qeyd edilib ki, ki, Azərbaycanın hərbi işğala məruz qalmasına baxmayaraq, məhz o, sülh müqaviləsinin təşəbbüskarı olub və onun mətnini hazırlayıb.

“Bir kəmər, bir yol” layihəsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi deyib ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Qeyd edilib ki, Asiya ilə Avropa arasında yükdaşımalarda ən qısa marşrut olan Şərq-Qərb nəqliyyat dəhlizi rəqabətədavamlı, eyni zamanda, təhlükəsiz və etibarlıdır. Avropa şirkətləri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marşrutdan istifadə edə bilərlər.

Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29 barədə məlumat verilib. Bildirilib ki, iqlimin maliyyələşdirilməsi Bakı konfransında əsas mövzu olacaq.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi diqqətə çatdırılıb. Çinlə Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcud olduğunu, yaşıl keçidin Azərbaycan üçün prioritet sahəyə çevrildiyi diqqətə çatdırılıb.

İki ölkə arasında münasibətlərə toxunan Hikmət Hacıyev bildirib: “Çin və Azərbaycan ənənəvi dostlardır. Ölkələrimiz Çin arasında dərin tərəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan hər zaman Çinin dəstəyinin və tərəfdaşlığının şahidi olub. Prezidentlərimiz arasında sıx dostluq münasibətləri var. 2019-cu ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı ÇXR-in Sədr Si Cinpinlə dövlətimizin başçısını yaxşı dost kimi qiymətləndirdi. Bu parametrlərə əsaslanaraq biz Azərbaycan-Çin münasibətlərini inkişaf etdiririk. Çin və Azərbaycan siyasi səviyyədə çox yaxşı dostlardır. Biz bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan həmişə “Vahid Çin” prinsipini rəhbər tutur. Azərbaycan və Çin beynəlxalq hüququn fundamental prinsiplərini dəstəkləyir”

Həmçinin vurğulanıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək və bu istiqamətdə də Çinlə əməkdaşlıq imkanları mövcuddur. İki ölkə arasında əməkdaşlığın digər istiqaməti isə iqtisadi sahədir. Bu xüsusda, Azərbaycanla Çinin ticarət əlaqələri davamlı olaraq genişlənir.

Sonda bildirilib ki, Azərbaycan inkişaf edən ölkədir və Çin ilə Orta Dəhliz boyu əməkdaşlıq potensialı mövcuddur.

Seçilən
65
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25903
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25169
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18097
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14248
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14113
Sabah 20 dərəcə isti olacaq
9363
May ayında Azərbaycana qar yağdı - VİDEO
8668
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8323
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7069
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6732
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6341
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6304
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6303
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5915
Azərbaycan nefti ucuzlaşıb
5793
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5657
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593