Müqavilə ilə "Xetafe"yə məxsus olan, icarə əsasında "Real"da çıxış edən Xoselu karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, "Mançester Yunayted" 34 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə "Relevo" nəşri məlumat yayıb. "Qırmızı şeytanlar" ispan forvardı ehtiyat hücumçu qismində görür.