AZ

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Milli Məclis Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.Metbuat.az xəbər verir ki, qanun layihəsi parlamentin martın 29-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.Layihə uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Bir çox hallarda yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiə edən orqan qismində Baş Prokurorluq tərəfindən azyaşlıların həyatı üçün təhlükə yaradan valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə çoxsaylı iddialar qaldırılsa da, məhkəmələr tərəfindən Prokurorluğun qeyd edilən iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə iddialar təmin edilmir. Bu baxımdan Ailə Məcəlləsinə təqdim olunan dəyişikliklər valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına Prokurorluq orqanlarının da əlavə edilməsini özündə ehtiva edir.Layihədə uzunmüddətli mühafizə orderinin verilməsinə dair xüsusi icraatı tənzimləyən normaların olması zərurətini nəzərə alaraq, Mülki Prosessual Məcəllədə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Bununla yanaşı, "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın müvafiq bəndinə əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli məhkəmə müdafiəsinin əsasını təşkil edən maddi hüquq normalarının tətbiqi zəruri prosessual normaların mövcudluğunu tələb etdiyindən "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda dəyişiklik olunması nəzərdə tutulur.

Seçilən
49
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15172
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15112
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15025
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12692
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11216
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9059
"Zaur, yenə çaşdın..." - VİDEO
7697
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5835
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5200
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4537
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4497
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4129
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4054
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3834
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3136
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3111
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2880
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2875
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2717