AZ

Azərbaycan Yazıçılar Birliyində yeni təyinat

AYB-nin sədri Anar Rzayevin əmri ilə, AYB-nin Sumqayıt bölməsinin məsləhətçisi Xatirə Fərəcli AYB İdarə Aparatında "Multikultural məsələlər” üzrə rəhbər vəzifəsinə təyin olunub.


Bakupost.az xəbər verir ki, 2002-ci ildən AYB-nin üzvü olan X.Fərəcli hal-hazırda AYB-nin Həmkarlar Şurasında "Sağlamlıq və İdman” komissiyasının sədri, AYB-də "İrs” komissiyasının üzvü, "Zərif” Qadın Ədəbi Məclisinin sədri, həmçinin "Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin təsisçisi və sədri, "mitmedia.az” saytının təsisçisi və rəhbəri, Prezident mükafatçısıdır.


X.Fərəcli Almaniyada fəaliyyət göstərən "Qürbətçi Türkmən Yazarlar Ocağı”nın və "Qürbət yanğısı” jurnalının Azərbaycan üzrə təmsilçisidir.


2023-cü ildə Rusiya Federasiyası Dağıstan Respublikasında Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş esse müsabiqəsinin qalibi olan Xatirə Fərəcli, Rusiya Federasiyasının IX Parlament Forumunda iştirakı və çıxışı ilə Azərbaycanı yüksək səviyyədə təmsil edib.


X.Fərəclinin Azərbaycan mədəniyyətinin inkişafında, Sumqayıt şəhərinin ictimai-mədəni həyatında uzun illər xidmətləri olub. O, şəxsən təşkil etdiyi və iştirak etdiyi müxtəlif səpkili mədəni-kütləvi tədbirlərdə vətənpərvər çıxışları ilə Dövlətimizin yürütdüyü siyasətə hər zaman dəstək olub. Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri olan şair Xatirə Fərəcliyə yeni vəzifəsində uğurlar diləyirik!
Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3930
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3646
Bu yol qovşağında təmir işləri aparılacaq
3150
Bakıda hoteldə yanğın başlayıb
2716
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1826
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1685
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1550
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1470
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1441
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1272
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1263
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1177
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1168
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
987
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
962
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
945
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
930
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
878
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
855
Sabah 5 kəndin qazı kəsiləcək
788