AZ

Rusiyanın bu məşhur avtomobili Azərbaycanda yığılacaq

Rusiyanın minik avtomobilləri istehsalçısı “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” modellərinin yığılmasına başladığını elan edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər. “Azərbaycanda “Lada” avtomobilləri ənənəvi olaraq sevilir. Onlara uzun onilliklər ərzində tələbat var və bu gün biz respublikadakı müştərilərimizə bir az da yaxınlaşırıq”, - deyə “AvtoVAZ”ın prezidenti Maksim Sokolov bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda 1 500-ə qədər avtomobil istehsal edilə bilər. “Biz “Granta” ilə başlayırıq və 2024-cü ilin sonuna qədər “Niva” ailəsi – “Legend” və “Travel” ilə (sınaq nümunələri artıq yığılıb və keyfiyyət auditindən keçir), eləcə də “Vesta” ailəsi ilə yerli istehsalın çeşidini genişləndirməyi planlaşdırırıq”, - deyə o, bildirib. Sokolov illik istehsal həcminin 4-5 min avtomobilə çata biləcəyini gözləyir. İstehsalçı yaxın bir neçə ildə bu rəqəmlərə çatmağa ümid edir. Şirkət prezidentinin sözlərinə görə, Azərbaycanda istehsalın açılması “Lada”ya yerli bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa və brendin respublikada mövcudluğunu artırmağa kömək edəcək. Şirkətdən bildirilib ki, hazırda Azərbaycanda yerli istehsal sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanılması üçün dayanacaq təşkil edilib.

Onlar əlavə ediblər ki, bu layihənin heyətinə Tolyattidən olan mütəxəssislər təlim keçiblər və istehsal olunan hər bir avtomobil yol sınaqlarından keçirilir.

Seçilən
55
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3022
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2563
Bakıda hoteldə yanğın başlayıb
2095
Bu yol qovşağında təmir işləri aparılacaq
2079
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1154
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1118
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
929
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
888
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
872
Çingiz Mustafayevin toyudur - FOTOLAR
822
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
775
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
715
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
626
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
613
Sabah 5 kəndin qazı kəsiləcək
613
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
610
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
565
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
530
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
498
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
486