AZ

Soltan Məmmədov: Azərbaycan-Çin münasibətləri xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan ilə Çin arasında qarşılıqlı anlaşma və dialoq atmosferi mövcuddur. Bizim ölkəmiz “Vahid Çin” siyasətinə bütün platformalarda daim dəstək verib, eyni zamanda, Çin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov deyib.

Deputat bildirib ki, iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlər müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi üçün zəmin yaradır. Azərbaycanın Çinin “Bir kəmər – Bir yol” təşəbbüsünə ən fəal dəstək verən ölkələrdən biri olduğunu qeyd edən millət vəkili deyib ki, siyasi və iqtisadi əlaqələrin davamlı inkişafı iki ölkənin bir çox istiqamətlərdə üst-üstə düşən maraqlarını təcəssüm etdirir: “Çinin “Bir kəmər – Bir yol” təşəbbüsü dünyanın iqtisadi və geosiyasi mənzərəsini dəyişə biləcək unikal bir layihə kimi qiymətləndirilir. Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafı xüsusi diqqət yetirilən məsələlərdən biridir. Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynamağı planlaşdırır. Bu baxımdan, Çinlə münasibətlər xüsusi əhəmiyyət kəsb edir”.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan-Çin əməkdaşlığının geostrateji perspektivinin çox böyük ümidlər vəd etdiyini demək üçün kifayət qədər əsaslar var. İqtisadi əlaqələrin artım dinamikası, nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələr dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar yaradır: “Əsas məqamlardan biri ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərdə dərin etimad mühiti mövcuddur. Bu, beynəlxalq münasibətlərdə, xüsusilə də dünya nizamının indiki mürəkkəb dövründə həlledici əhəmiyyətə malik məqamlardan biridir”.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan yaşıl enerjiyə keçidi prioritet hədəflərindən biri elan edib və bu mənada Çinin təcrübəsi faydalı ola bilər. Ölkəmiz bu il COP29-a ev sahibliyi edəcək və bu bizim ölkəmizin bərpaolunan enerji mənbələrinin tətbiqi təcrübəsinin genişləndirilməsində maraqlı olduğunu təsdiq edən faktlardan biridir: “Yaşıl enerji”yə keçid prosesinin sürətləndirilməsi məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik Çin şirkəti ilə əməkdaşlıq əlaqələri qurulur. Yəni qlobal iqtisadiyyatın yeni trendi sayılan və bütün dünya üçün son dərəcə vacib əhəmiyyət kəsb edən bir sahədə əməkdaşlığın əsası qoyulub. Bu da bir daha göstərir ki, əlaqələrin spektri çoxşaxəlidir”.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4242
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3774
Bu yol qovşağında təmir işləri aparılacaq
3309
Bakıda hoteldə yanğın başlayıb
2836
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1945
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1786
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1597
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1585
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1565
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1390
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1364
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1283
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1256
Azərbaycan nefti ucuzlaşıb
1197
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1049
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1045
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1041
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1009
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
981
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
914