AZ

“Deyiləcək çox söz yoxdur, keyfiyyət çatmır” – Sxadadze

“Danışmağa çox sözüm yoxdur. Üstünlük bizim tərəfdə idi. Çoxlu qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. Yaxşı oyuna görə də 3 xal vermirlər”.

Msport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın XXVIII turunun “Neftçi” ilə görüşündən (0:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Bu oyunu unutmaq üçün nə edəcəksiniz?

– Belə oyundan sonra toparlanmaq çox çətindir. Futbolçulara, onların çəkdiyi əziyyətə heyfim gəlir. Bu cür oyunla qələbə qazana bilmədik.

– Əsas rəqibiniz olan “Kəpəz” əlinə düşən fürsətlərdən maksimum istifadə edib qollar vurur. “Qəbələ” isə bu gün 10-dan çox epizod yaratdı, amma qol vura bilmədi. Sizcə, bunun səbəbi nədir?

– Sizinlə razıyam. Bəli, “Kəpəz” demək olar ki, yarım epizoddan qol vurur. Biz isə 100 faizlik fürsətləri dəyərləndirə bilmirik. Tetenin vura bilmədiyi epizod var idi. Klesio Baukun da həmçinin. Bunları dəyərləndirə bilsəydik, başqa cür olardı. Deyiləcək çox söz yoxdur. Keyfiyyət çatmır.

– Mətbuatda belə xəbərlər var ki, komanda aşağı liqaya düşsə də, “Qəbələ”də qalacaqsınız. Bu xəbərlər nə dərəcədə həqiqətdir?

– Bu barədə danışmaq istəmirəm. Bəli, klubla müqaviləmiz var. Bura gələndə bilirdik ki, çətin olacaq. Hara getmişəmsə, ad qoymağa çalışmışam. Azərbaycanda 6 il işləmişəm. Həmişə adımızın yaxşı hallanmasını istəyirik.

– Premyer liqada sonuncu yerdə olsanız da, ölkə kubokunun yarımfinaldasınız. Kubokla bağlı fikirləriniz necədir?

– Çempionat və kubok tam fərqli turnirlərdir. Oyunçuları növbəti matça yaxşı hazırlamalıyam. Bu gün çox yoruldular. “Qəbələ” kubok komandası sayılır. Dəfələrlə buradan avrokuboklara vəsiqə qazanıb. Ümid edirəm ki, baxımlı oyun sərgiləyəcəyik. Əlavə olaraq qeyd edim ki, bu gün hakimlər yaxşı idilər. (sportal)

Seçilən
321
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17634
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17335
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16368
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14789
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13785
Çingiz Mustafayevin toyudur - FOTOLAR
10977
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10364
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9511
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9395
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
8847
"Zaur, yenə çaşdın..." - VİDEO
8306
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7156
Minimum əmək haqqı nə qədər arta bilər?
6505
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6152
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5858
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4959
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4832
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4699
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
3987