AZ

“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfəyə yaxın azalıb

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkəti 2024-cü ilin ilk rübü üzrə göstəricilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, şirkət 2024-cü ilin ilk rübündə 2,548 qızıl unsiya ekvivalentində (GEOs) qiymətli metal hasil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 76,7% azdır. 2023-cü ilin ilk rübündə bu rəqəm 10,969 unsiya təşkil edib.

"Anglo Asian" bu ilin birinci rübündə 2,252 unsiya qızıl hasil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3 dəfəyə yaxın azdır (2023-cü ilin I rübündə 6,741 unsiya qızıl).

Şirkətin mis hasilatı son bir ildə 847 tondan 54 tona düşüb. Gümüş hasilatı isə 2023-cü ilin ilk rübündəki 22,566 unsiyadan bu ilin birinci rübündə 6,410 unsiyaya qədər azalıb.

“Anglo Asian Mining”in baş icraçı direktoru Rza Vəziri kəskin azalmanın səbəbini ikinci tullantı bəndinin tikintisinin dayandırılması ilə bağlı hökumətin qərarı ilə əlaqələndirib: "Biz tullantı anbarının divarının tikintisi üçün hökumətin icazəsini gözləyirik. Bu normal hasilat səviyyəsini bərpa etmək üçün zəruri addımdır. Biz icazənin tezliklə veriləcəyini gözləyirik və bu, bütün maraqlı tərəflərimizin xeyrinə mövcud güclü metal qiymətlərindən yararlanmağa imkan verəcək”.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

Şirkətin adı son dövrlər Söyüdlü kəndində “Gədəbəy” yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etirazlarla bağlı hallanmışdı. Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bununla bağlı baş verənləri “qəbuledilməz” adlandırmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edib və bildirmişdi ki, ikinci tullantı gölünün qurulması ciddi araşdırılmalıdır.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20636
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19235
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18206
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17604
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16557
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16368
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15379
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11874
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11243
"Zaur, yenə çaşdın..." - VİDEO
8825
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8553
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7972
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7969
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7418
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7082
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6230
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731