AZ

Suriyada terrorçular 16 hərbçini öldürüb

Suriya ordusunun və “Milli Müdafiə Qüvvələri”nin azı 16 hərbçisi Homs əyalətində terrorçular tərəfindən öldürülüb.

"Report"un "Al Hadath" telekanalına istinadən verdiyi məlumata görə, hərbi avtobusda olan əsgərlər və könüllülər gecə saatlarında Əl-Teybe bölgəsində magistral yolda İŞİD ekstremist qruplaşmasının dəstəsi tərəfindən pusquya salınıb.

Hadisə yerinə gələn hökumətin xüsusi təyinatlı dəstəsi Suriya səhrasının dərinliklərinə çəkilən terrorçuları geri oturdub. Yaralı hərbçilər xəstəxanaya çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
2
Mənbələr
Şərh ()
Bağla