AZ

Ənənəyə sadiqlik...

Əfv sərəncamları cəmiyyətimizdə təqdir olunur

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aprelin 17-də keçirilən növbəti iclasında komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Xatırladaq ki, Komissiyanın aprelin 3-də keçirilən iclasında da 100 müraciətə baxılmışdı. Bununla da Komissiyanın iclaslarında araşdırılan müraciətlərin sayı 200-ə çatıb.

Ümumiyyətlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə inam və etimadının artmasına xidmət edib. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanının imzalanması böyük əhəmiyyətə malikdir. Heydər Əliyev tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Cənab İlham Əliyev dövlət başçısı kimi 37 əfv sərəncamı imzalayıb. Xatırladaq ki, sonuncu dəfə ötən ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə imzalanmış bu sərəncam müstəqil Azərbaycanın tarixində  ən böyük əfv sərəncamı oldu. Belə ki, bu sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Bir faktı da qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiqi nəticəsində şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldılıb. Bütün bunlar Azərbaycan dövlətinin humanizm siyasətinin əyani ifadəsidir.

Mövzu ilə bağlı Komissiyanın üzvü, millət vəkili Fazil Mustafa bildirib ki,  növbəti mərhələlərdə digər şəxslərin də müraciətlərinə baxılacaq. Onun sözlərinə görə, əfv sərəncamının verilməsi və onun kimlərə şamil olunması dövlət başçısının səlahiyyətindədir: “Müzakirələr nəticəsində əfvə düşən, yaxud həbs müddəti azaldılan şəxslərin siyahısı bəlli olacaq. Hələ ki konkret şəxslərlə bağlı məlumat vermək konfidensiallıq baxımından doğru deyil. Həm də bu barədə dəqiq məlumat yoxdur. Yekun qərarı dövlət başçısı verəcək. Mən əfv kateqoriyasına uyğun gələn şəxslərin həbsdən azad olunması, yaxud həbs müddətinin azaldılmasına normal yanaşıram. Komissiyanın iclasında bu yöndə də müzakirələr aparılır”.

NARDAR

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19809
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19066
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18123
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17431
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16093
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15938
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15834
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15195
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11703
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11190
"Zaur, yenə çaşdın..." - VİDEO
8786
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7879
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7528
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7516
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7310
Minimum əmək haqqı nə qədər arta bilər?
7002
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6842
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6068
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696